“Azərbaycanda 400-ə yaxın Avropa şirkəti fəaliyyət göstərir”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
"İnvestorlar Azərbaycanın biznes mühiti ilə fəal şəkildə tanış olurlar, bu sahədə əməkdaşlıq potensialı çox böyükdür", - səfir əlavə edib.
Onun sözlərinə görə, Orta Dəhliz layihəsi hazırda çox aktualdır və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı fürsətdir.
“Bu baxımdan regionda təhlükəsizliyin də nəzərə alınması vacibdir”, - Mixalko əlavə edib.
Səfir həmçinin Aİ-nin Azərbaycanda investisiya mühiti ilə bağlı biznes hesabatı hazırladığını qeyd edib.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək