Azərbaycanda Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq
İqtisadiyyat Nazirliyinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.
Nazir qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq.
Bildirilir ki, “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.
Azərbaycan İnvestisiya Şirkəti ASC (@AIC_OJSC) və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkəti “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” (@genilac) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Layihə çərçivəsində… pic.twitter.com/EJCXkJBLU9
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 3, 2023
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək