“Azərbaycan enerji resurslarının nəqli sahəsində sürətlə inkişaf edir”.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Avropa və Amerika Araşdırmaları İnstitutunun (Yunanıstan) direktoru İoannis Nomikos bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa ölkələrinin enerji resursları ilə təchizatının təmin edilməsi məsələsində mühüm ölkədir.
İ.Nomikos qeyd edib ki, Yunanıstan və Türkiyədə keçiriləcək seçkilərdən sonra bu iki ölkə Azərbaycanla birlikdə enerji məsələlərində əməkdaşlıq edə, iqtisadiyyata daha çox çeviklik verə biləcəklər.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək