04 may 2023 11:12
375

BVF Azərbaycanın daxil olduğu regionun büdcə proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF-IMF) 2023 və 2024-cü illər üzrə Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin (CCA OE) makroiqtisadi göstəricilərlə bağlı proqnozunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, Fond bu il sözügedən üç ölkə -Azərbaycan, Qazaxıstan və Türkmənistanda tədiyyə balansının cari əməliyyatlar hesabının profisitini 3,1%, 2024-cü ildə isə 2,5% proqnozlaşdırıb. 2022-ci ildə bu rəqəm 8,6% təşkil edib.

BFV CCA OE ölkələri üzrə büdcə kəsirinin 2023-cü ildə ÜDM-in 1,1%-ni, 2024-cü ildə isə 0,8%-ni təşkil edəcəyini müəyyən edib. Qeyd edilib ki, 2022-ci ildə region ölkələri üzrə büdcə ÜDM-in 1,4%-i civarında profisitli olub.

Beynəlxalq Valyuta Fondu həmçinin, region ölkələrində 2025-ci ilə kimi inflyasiyanın azalacağını açıqlayıb. Bu il üzrə inflyasiya 13%, 2024-cü il üzrə 8,7% proqnozlaşdırılıb. 2022-ci ildə bu rəqəm 14,3% təşkil edib.