Yoxlamalar 30 gün müddətinə açılır, amma bu yoxlamalar bəzi müəssisələrdə illərlə davam edir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.
“İllərlə yoxlamaların aparılması müəssisələrin fəaliyyətində problemlər yaradır. Onların hesabları bağlanır, hətta onların partnyorları ilə problemlər yaradır. Əgər orada 1 yoxlama deyil, 3 yoxlama getməlidirsə, onların 3-ü də aparılmaldır”, - deyə deputat əlavə edib.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək