04 may 2023 14:09
600

Sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəbləri açıqlandı

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəblərindən biri də sahibkarların elektron bazalarının az olmasıdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu da müəyyən problemlərə səbəb olur: "Bu gün ümumi sahibkarların 65 %-də kompüter var. Proseslərin elektronlaşdırılmaması mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması yoxlamaların uzun çəkməsinə səbəb olur".

Qeyd edək ki, bu gün komitənin iclasında İqtisadiyyat Nazirliyinin hazırladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunur.