Bu ilin birinci rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 335,1 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 0,54% artım deməkdir.
“İki sahil”in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 157,2 mln. dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (75 şirkət üzrə) 89,8 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 165 kiçik və orta müəssisə üzrə xərcləri 79,5 mln. dollar, 12 dövlət şirkəti üzrə xərcləri isə 8,6 mln. dollar təşkil edib.
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq