"Azərbaycan strateji valyuta ehtiyatları 2003-cü illə müqayisədə bu ilin aprel ayına 41 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb".
“İki sahil” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubilyeyini həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov deyib.
O bildirib ki, son illər dünyada baş verən iqtisadi və siyasi çağırışlara baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, maliyyə-bank sisteminin möhkəmləndirilməsinə nail olunub.
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq