05 may 2023 17:14
498

"Liverpul" yeni formasını təqdim etdi - FOTO

"Liverpul" növbəti mövsüm ev oyunlarında geyinəcəyi yeni formasını təqdim edib.

“İki sahil” xəbər verir ki, geyim ənənəvi olaraq qırmızı rəngdədir. Onun qollarında və boyun nahiyəsində ağ rəngli zolaq var.  Həmçinin formanın üzərindəki atributlar da ağ rəngdədir.

Qeyd olunur ki, bu geyim "mersisaydlılar"ın 1973/74 mövsümündəki formasından ilhamlanaraq hazırlanıb.  

"Liverpul" bu formanı ilk dəfə mayın 20-də "Aston Villa" ilə mövsümün son ev oyununda geyinəcək.