14 may 2023 02:17
472

“Qalatasaray” “Qarabağ”ı təbrik etdi

"Qalatasaray" "Qarabağ"ı bu mövsüm Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu haqda klubun rəsmi Tvitter hesabında paylaşım edilib. Paylaşımda yazılıb: "Azərbaycan Premyer Liqasında çempionluq qazanan qardaş klubumuz "Qarabağ"ı təbrik edirik".

Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gəlməklə (3:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin tarixində 10-cu çempionluqdur. Klub belə nəticə ilə Azərbaycan rekordu qırıb.

Xatırladaq ki, mart ayında "Qalatasaray" və "Qarabağ" arasında Bakıda xeyriyyə oyunu (2:1) keçirilmişdi.