18 may 2023 11:43
289

Azərbaycanda hava nəqliyyatı ilə daşımalar 58%-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 735,5 min və ya 58,6% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 64,8% azalaraq 63,4 min ton olub”, - məlumatda qeyd olunur.