2023-cü ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,9% artaraq 569,2 milyon manat olub.
Bu barədə “İki sahil”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6%-i hüquqi şəxslərin, 49,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 29,6% artaraq 285,1 milyon manat təşkil edib.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır