Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 664,8 mln. manatlıq məhsul istehsal edilib.
"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2%, kimya sənayesi məhsullarının istehsalı 0,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 4,4% azalıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 47%, polietilen istehsalı 43,9%, propen (propilen) istehsalı 39,1%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 82,4%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 30,9% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar-aprel aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Təsirsiz qazlar, min kub metr |
17068,0 |
146,5 |
114,4 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
7912,0 |
107,7 |
110,0 |
|
Lak-boya məmulatları, ton |
8724,5 |
106,2 |
158,1 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
10950,0 |
136,2 |
5410,0 |
|
ondan: |
|
|
|
|
yod, ton |
65,4 |
136,0 |
33,3 |
|
Üzvi kimyəvi maddələr, min ton |
305,8 |
94,6 |
22,9 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
63,2 |
147,0 |
0,5 |
|
propen (propilen), min ton |
58,0 |
139,1 |
0,9 |
|
metanol (metil spirti), min ton |
122,1 |
63,8 |
12,4 |
|
Etil spirti, min dkl |
8,0 |
3,3 d. |
35,1 |
|
Gübrə və azot birləşmələri, min ton |
132.5 |
69,2 |
26,3 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
132,5 |
69,2 |
26,1 |
|
İlkin formada plastik kütlə, min ton |
120,7 |
146,1 |
40,3 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
62,9 |
143,9 |
15,5 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
29,2 |
98,0 |
3,8 |
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır