G7 ölkələrinin Yaponiyada keçirilən sammitində Rusiyanın milyard dollarlıq almaz ixracına sanksiya tətbiq edilməsi müzakirə ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə AFP-yə adı açıqlanmayan Aİ rəsmisi bildirib: "Biz inanırıq ki, biz Rusiya ticarətinin bu sektordakı ixracını məhdudlaşdırmalıyıq",- rəsmi deyib.
O əlavə edib ki, G7 ölkələrinin iqtisadi baxımdan həssas olan bu məsələ ilə bağlı Yaponiyada keçirilən sammit çərçivəsində yekun razılaşma əldə etməsi ehtimalı yoxdur. Qeyd edək ki, Rusiyanın 2021-ci ildə 5 milyard dollar dəyərində almaz ixrac etdiyi bildirilir. BƏƏ, Hindistan və Belçika Rusiyanın əsas almaz idxalçılarıdır.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir