Visa şirkətinə baş vitse-prezident və Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə yeni təyinat olub.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Məlumata görə, bu vəzifəyə Tariq Abdulla təyin edilib. Qeyd edək ki, CEMEA regionuna Azərbaycan da daxildir. Bildirilib ki, Tariq Abdulla artıq mayın 2-dən etibarən bu vəzifəni icra edir.
Qeyd edək ki, Tariq Abdulla Böyük Britaniyanın Şeffild biznes məktəbindən biznes inzabatçılığı magistri dərəcəsini, Beynəlxalq reklam assosiasiyasının əlavə təhsil diplomunu almazdan öncə Qahirədə Amerika universitetinin fərqləndirmə ilə bakalavr dərəcəsi ilə bitirib. Bundan əvvəl Yaxın Şərq – Afrika – Cənubi Asiya regionunda TikTok-un baş meneceri vəzifəsində çalışıb, 10 il ərzində Google şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarda marketinq komandalarına rəhbərlik edib.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır