Azərbaycanda sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşdiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmanla Nazirlər Kabinetinə 6 ay müddətində Qanunun 1.1.59-cu maddəsinə uyğun olaraq, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini təsdiq etmək tapşırılıb.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir