Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda yerli ofisinin olmaması şəraitində texniki dəstək çərçivəsində olan əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin İctimaiyyət əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
Mayis Piriyev əlavə edib ki, Qazaxıstanın Almatı şəhərində yeni təsis edilmiş BVF-nun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə Azərbaycan Respublikası tərəfindən maliyyə dəstəyinin göstərilməsi qərara alınıb. Artıq Azərbaycan Respublikasının bir sıra dövlət qurumları bu Mərkəzin fəaliyyətindən, təlim və texniki ekspertizalarından faydalanmaq üçün maraq göstərirlər.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır