Rumıniya Azərbaycan qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlayıb.
Bu barədə “İki sahil” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, Rumıniyanın Baş naziri Nikolae Çuke Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması haqqında göstəriş verib.
Layihə Konstansada (Rumıniya) qazın mayeləşdirilməsi stansiyasının tikintisini, qazın boru kəmərlərinə nəqlini, oradan istənilən istiqamətə nəqlini nəzərdə tutur. "Bu, Avropanı qazla təmin etmək üçün əlavə variantdır, əgər o, səmərəli olsa, Rumıniyanı qonşu ölkələr, ilk növbədə, Moldova üçün qaz mərkəzinə çevirməyə kömək edəcək", - Nikolae Çuke bildirib.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır