Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC ilə Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.
“İki sahil” xəbər verir ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” çərçivəsində Rusiyanın “Sollers” şirkəti ilə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında ölkəmizdə “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur.
Memorandumu "Sollers" şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş” MMC-nin sədri Emin Axundov imzalayıblar.
Qeyd. "Sollers" şirkəti UAZ (Ulyanovsk Avtomobil Zavodu) yolsuzluq və yüngül kommersiya avtomobillərini və ZMZ (Zavoljski Motor Zavodu) benzin mühərriklərini istehsal edən Rusiyanın avtomobil şirkətidir.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır