14 mart 2016 20:32
242

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri martın 14-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçularımız martın 16-dək İstanbulda “Beynəlxalq hərbi elmlər və təhlükəsizlik – 2016”, ayın 19-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda NATO-nun regional kollektiv təlimi planlaşdırma kursuna qatılıblar. Hərbçilərimiz, həmçinin martın 25-dək İtaliyanın Latina şəhərində qüvvələrin açılmasının və hərəkətinin idarəedilməsi sistemi üzrə təməl, martın 25-dək Ankarada təşkil olunan qərargah zabitləri üçün böhranlara cavab əməliyyatları kurslarında iştirak edirlər.

Bundan başqa, aprelin 8-dək İstanbulda əldə düzəldilmiş partlayıcı maddələrin zərərsizləşdirilməsi və aprelin 29-dək Böyük Britaniyanın Şrivenhem şəhərində geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə kurslarda da Silahlı Qüvvələrimiz təmsil olunur.