15 mart 2016 21:08
289

İlk Rusiya təyyarələri Suriyadan çıxdı

Dünən prezident Vladimir Putinin gözlənilməz qərarından sonra Rusiya qüvvələri Suriyanı tərk etməyə başlayıb.

Rusiya təyyarələrinin ilk qrupu Hmeymim hava bazasını tərk edib, Müdafiə Nazirliyi bildirir.

Qərb rəsmiləri bu qərarı alqışlayıblar və bu addımın Suriya hökumətini danışıqlara qoşulmağa məcbur edəcəyini hesab edirlər.

Milli.Az BBC-yə istinadən bildirir ki, münaqişənin həlli üçün sülh danışıqları ikinci gündür davam edir.

Bu arada BMT komissiyası Suriyada müharibə cinayətlərinə dair hesabatla çıxış edəcək.

Rusiya qoşunlarının çıxarılmasına dair qərar cənab Putinlə müdafiə və xarici işlər nazirlərinin görüşü zamanı verilib.

Rusiya Suriya prezidenti Bəşər Əsədin yaxın müttəfiqidir və Suriya rəsmiləri bu addımın qarşılıqlı razılaşma ilə atıldığını deyirlər.

Rusiya Suriyada hava əməliyyatına keçən ilin sentyabrında başlayıb.

Rusiyanın hava zərbələrindən sonra qüvvələr balansı Suriya hökumətinin xeyrinə dəyişib və hökumət qüvvələri bir neçə ərazini üsyançılardan geri almağı bacarıblar.

Qoşunların çıxarılmasına dair təfərrüatlı məlumat verilmir.