04 may 2018 16:48
1217

Erməni əsgər postda güllələnib

Ermənistan ordusunun əsgəri ölüb. 

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 4-nə keçən gecə saat 01:10 radələrində şimal-şərq istiqamətində yerləşən döyüş postunda 1998-ci il təvəllüdlü əsgər Artur Qasparyanın meyiti aşkar edilib.

Onun başından aldığı güllə yarasından öldüyü məlum olub. Hazırda faktla bağlı araşdırma aparılır.