01 may 2018 20:20
1147

Türkiyə Hərbi Dəniz Qüvvələrinin təliminə Azərbaycan da qatılacaq

Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçirəcəyi hərbi təlimə Azərbaycan da qatılacaq.

Hərbi təlimlər 7-11 may tarixlərində Egey dənizində keçiriləcək.

Bildirilir ki, hərbi təlimlərdə Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, Macarıstan, Monqolustan, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı olmaqla ümumilikdə 19 dövlət iştirak edəcək.

Xatırladaq ki, bundan əvvəl, 6-30 mart tarixlərində Türkiyə Egeydə hərbi dəniz təlimləri keçirmişdi.