22 mart 2016 03:36
316

Pakistanda 12 ekstremist məhv edilib

Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ən azı 12 ekstremisti məhv edib. Ölkənin silahlı qüvvələrinin yaydığı məlumatına görə, yerli ekstremist qruplaşmaların axtarışı və məhv edilməsi əməliyyatı əyalətin Koxlu dairəsində həyata keçirilib.

Qeyd edək ki, ekstremistlərin əksəriyyətinin fəaliyyət göstərdiyi Bəlucistan Pakistanın ən qeyri-sabit bölgələrindən biridir.