Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti iyunun 24-nə keçən gecə Kiyevdə vurulmuş çoxmərtəbəli yaşayış binasında qəza və xilasetmə işlərini başa çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti “Facebook”da məlumat yayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin rəhbəri Serhiy Krukun sözlərinə görə, xilasedicilər 24 nəfəri təxliyə edə biliblər. Beş mülki vətəndaşın həlak olduğu bildirilir.
Xatırladaq ki, 2023-cü il iyunun 24-də yerli vaxtla səhər saat 03:00 radələrində vurulan Rusiya raketinin parçaları Kiyevin Solomyanski rayonunda 25 mərtəbəli yaşayış binasına düşüb. 16-cı mərtəbədən 19-cu mərtəbəyə qədər tikinti konstruksiyaları qismən dağılıb.