26 iyun 2023 19:46
594

Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilib FOTO

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov torpaqlarımızın azadlığı uğrunda aparılan Birinci Qarabağ Müharibəsində şəhid olan Tahir Səxavət oğlu Soltanovun, Yaşar Hidayət oğlu Nəbiyevin, Ərzuman Mətləb oğlu Hümmətovun, Mübariz Qağaməli oğlu Pənahovun, Yaşar Şikar oğlu Niftiyevin, Rafiq Xasay oğlu Rzayevin, Qabil Niftixan oğlu Şirinovun və İlqar Nəcəfxan oğlu Şirvanovun Nəsimikənd kəndindəki ata ocaqlarını ziyarət edərək, valideynləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki,  icra başçısı şəhid ailələri ilə görüşdə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Birinci və İkinci Qarabağ döyüşlərində canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.

Faiq Qürbətov görüş zamanı şəhid ailələrinə biləsuvarlı şəhidlərimizin döyüş yolundan bəhs edən “HÜZURUNDA BAŞ ƏYİRƏM, QƏHRƏMAN-200” adlı kitab təqdim etmişdir.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib.

Şəhid valideynləri, yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.