Azərbaycanda ötən son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 8 nəfər sağalıb, ölən yoxdur.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.