12 iyul 2023 12:22
293

Bəzən sahibkarlar özündə yüksək risk daşıyan məhsulun ölkəyə idxalına cəhd edirlər- Agentlik sədri

"Bəzən sahibkarlar özündə yüksək risk daşıyan məhsulun ölkəyə idxalına cəhd edirlər".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, halbuki, həmin məhsulların heç biri qeydiyyatdan keçməyib: "Sahibkarlar bəhanə gətirir ki, guya kimyəvi maddənin ölkədə qeydiyyata alındığından məlumatsızdırlar. Bu, qeyri ciddi yanaşmadır. Buradan sahibkarlıq subyektlərinə müraciət edirəm ki, öz fəaliyyət növləri ilə yaxından tanış olsunlar".