2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 106 ölkəyə məhsul ixrac olunub, 175 ölkədən idxal olunub.
Bu barədə "İki sahil"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 602,3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 12 milyard 763,6 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 838,7 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5 milyard 924,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,2 faiz azalıb, real ifadədə isə 2,3 faiz artıb. İdxal real ifadədə 11,1 faiz artıb, ixrac isə 0,5 faiz azalıb.
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq