Cari ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 mlrd. 181,4 mln. manat həcmində vergi daxil olub.
“İki sahil” xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 41,6% və ya 2,7 mlrd. manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 mlrd. 199,4 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2% və ya 801,3 mln. manat artım deməkdir.
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq