13 iyul 2023 02:36
460

“Shell” şirkətinin yeni kəşfi

Neft nəhəngi “Shell” Namibiya dənizində ardıcıl dördüncü kəşfə imza atıb.  “Shell” hələ bu ilin mart ayında Namibiyadan 270 km  məsafədə-dənizdə yerləşən “PEL-39” kəşfiyyat lisenziyasındakı “Jonker-1X” dərinsulu kəşfiyyat quyusunda  neft ehtiyatı aşkar etmişdi.

 Şirkət indi 2913A Blokdakı kəşflər kvartetindən bir qədər şimalda yerləşən böyük perspektivi hədəf alaraq beşinci kəşfiyyat zondu qazmağa başlayıb. "Namibiyadakı çoxşaxəli kampaniyamızın bir hissəsi olaraq biz dördüncü kəşfiyyat quyumuz olan “Lesedi-1X”in qazılmasını təhlükəsiz  şəkildə və uğurla başa çatdırdıq. İndiyə qədər topladığımız məlumatlar ərazidəki  karbohidrogenlərin mövcudluğunu təsdiqləyir”- deyə “Shell”in sözçüsü Upstream saytına  bildirib.

Leyla Şıxəli, “İki Sahil”