13 iyul 2023 11:18
288

ASCO: “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu “STB-1” barjına yüklənib

“ATA (“Amec”-“Tekfen”-“Azfen”) yard” sahəsində inşa edilmiş “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulu dənizdəki əməliyyat yerinə çatdırılması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.

“İki sahil” xəbər verir ki, bu barədə ASCO-dan bildirilib.

Məlumata görə, ACE platformasının üst modulunun çəkisi 19600 ton, hündürlüyü 36 metrdir.

“Azəri-Mərkəzi-Şərqi” layihəsində istismar olunması üçün “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 000 tondur.