13 iyul 2023 15:16
253

Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb.

Bu barədə “İki sahil” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1,6 mln. barel artaraq 101,5 mln. barelə çatacağı proqnozlaşdırılır.

Bir ay əvvəl IEA 2023-cü ildə gündəlik qlobal neft hasilatının 1,4 mln. barel artaraq 101,3 mln. barelə çatacağını proqnozlaşdırmışdı.

Hesabatda həmçinin qeyd olunur ki, Agentlik “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə gündəlik neft hasilatının 2023-cü ildə 1,9 mln. barel, 2024-cü ildə isə 1,2 mln. barel artacağını gözləyir.