13 iyul 2023 15:51
337

Bu il əhali tərəfindən içki və tütün məmulatlarına 1,17 milyard manat xərclənib

Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 mlrd. manatlıq, o cümlədən 14,8 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İçkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı 4,4% təşkil edib. Təkcə qeyd olunan dövrdə əhali tərəfindən içkilər və tütün məmulatları 1,17 mlrd. manat vəsait xərclənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% daha çoxdur.

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan malların dəyəri isə 3,8 mlrd manat və ya 16,9% daha çox olub.