Dəmir yolu nəqliyyatı ilə Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında 9,2 mln. ton yük və 3 239,1 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 6,8%, sərnişin daşınmasında isə 52,2% artım müşahidə olunub.
“Hesabat dövründə orta hesabla sutkada 421 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,3 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq