14 iyul 2023 12:28
259

AZAL-ın Bakı-İstanbul marşrutu üzrə reysi texniki səbəbdən gecikir

"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.

AZAL-dan “İki sahil”ə verilən məlumata görə, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.