14 iyul 2023 13:56
273

Azərbaycan maye qazın ixracını 18% artırıb

Bu ilin yanvar-may ayında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 18,1% çoxdur.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həcmlərin artımına baxmayaraq hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 87,1% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.