14 iyul 2023 14:51
298

Gecikən Bakı-İstanbul reysinin sərnişinləri yola salınıb - YENİLƏNİB

AZAL-ın texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.

"Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.

xxx

AZAL-ın Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.

"Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.