14 iyul 2023 16:32
339

Hesablama Palatası Azərbaycan İnvestisiya Holdinqi ilə memorandum imzalayıb- FOTO

Bu gün Hesablama Palatası ilə Azərbaycan İnvestisiya Holdinqi arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

“İki sahil” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, memorandum çərçivəsində tərəflər kənar dövlət maliyyə nəzarəti tədbirlərinin səmərəliliyinin daha da artırılması üçün təhlillərin aparılması və təkliflərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə razılıq əldə ediblər.

Sənəd tərəflərin fəaliyyətlərində qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin, həmçinin öz səlahiyyətləri daxilində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəkləmək məqsədi daşıyır.