Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə 15 İyul çevriliş cəhdinin 7-ci ildönümü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, Azərbaycan XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı "Twitter"də paylaşım edib.
"Qardaş Türkiyənin 15 İyul - Demokratiya və Milli Birlik Günündə dövlət çevrilişinə cəhd edilən həmin qaranlıq gecəni Türkiyə dövlətçilik tarixinin qəhrəmanlıq dastanına çevirən Şəhidlərimizin xatirəsini hörmətlə yad edirik.
Demokratiya və Milli Birlik Günün qutlu olsun, can Türkiyə", - paylaşımda qeyd olunub.
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq
Milli Məclisin sədri Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb