04 aprel 2016 15:28
237

Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir

Ermənistan hərbi birləşmələrinin yeni mövqelər əldə etmələri barədə yayılan məlumatlar yalandır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a açıqlamasında deyib ki, biz heç bir mövqeyimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.