Finlandiyanın Kouvol şəhərində təyyarə hava şousu zamanı qəzaya uğrayıb, pilot ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli “Yle” portalı məlumat yayıb.
Təyyarənin Sillanyaya hava limanının ərazisindəki meşədə düşdüyü bildirilir.
"Təyyarəni idarə edən pilot qəza nəticəsində ölüb", - portal bildirib.
Polis qəzası ilə bağlı istintaqa başlayıb. Qeyd edilir ki, qəza zamanı izləyicilər üçün təhlükə olmayıb, onlardan heç biri xəsarət almayıb.