20 iyul 2026 13:03
165

Skaloni Argentina millisindən gedə bilər

Lionel Skaloninin Argentina milli futbol komandasının baş məşqçisi postundan ayrılmaq ehtimalı yüksəkdir. Təcrübəli mütəxəssis bu barədə dünya çempionatının final matçından sonra keçirilən mətbuat konfransında bildirib.

“İki sahil” xəbər verir ki, "Ataque Futbolero" nəşri 48 yaşlı baş məşqçinin duyğusal açıqlamasını belə təqdim edir: "Dekabr ayına qədər müqavilə üzrə öz öhdəliklərimi yerinə yetirməyə davam edəcəyəm. Ondan sonra isə təbii ki, Federasiya prezidenti ilə danışacağam. Bu, hər bir argentinalının xəyal etdiyi fantastik bir vəzifədir və men milli komandanın məşqçisi olmaqdan qürur duyuram. Lakin dekabrdan sonra davam etmək asan olmayacaq. Böyük ehtimalla, vəzifəmdən ayrılacağam."

Qeyd olunur ki, İspaniya millisinə qarşı keçirilən gərgin final matçında alınan yenilgidən (0:1) sonra mütəxəssis mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.