04 aprel 2016 17:14
283

Azərbaycan və Gürcüstan Müdafiə nazirləri cəbhədəki vəziyyəti müzakirə edib

Bu gün Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

“İki sahil” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Məhərrəm Ağalaroğlu