05 aprel 2016 16:56
186

Ordumuzun “Smerç”dən istifadə etməsi ilə bağlı məlumatı yalandır

Ermənistan mətbuatının Azərbaycan Ordusunun “Smerç”dən istifadə etməsi ilə bağlı məlumatı yalandır

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində “Smerç” reaktiv-yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin onlara qarşı “Smerç” silahından istifadə etməsi barədə yalan məlumat yayıb.