20 aprel 2018 16:12
1884

General Həsənov Kazana getdi

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.