06 aprel 2016 19:17
135

Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib

Aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.

İki sahil Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.

Məhərrəm Ağalaroğlu