06 aprel 2016 22:46
196

Dağlıq Qarabağda daha 4 erməni hərbçi ölüb

Ermənistanın Müdafiə Nazirliyi bu gün Dağlıq Qarabağda həlak olmuş daha 4 hərbçinin adlarını açıqlayıb.

Milli.Az hrapark.am-a istinadən bildirir ki, bu hərbçilərin ad və soyadları Dağlıq Qarabağ münaqişəsi bölgəsində Ermənistanın silahlı qüvvələrinin aprelin 2-dən verdikləri itkilərin siyahısında yox idi.

Həlak olmuş 4 erməni hərbçisi sıravilər Aram Abramyan (1996-cı il təvəldüllü), Sarkis Saakyan (1995), Narek Mkrtıçyan (1996) və Rafik Hakopyandır (1996).

Bu hərbçilər aprelin 5-dək olan döyüşlərdə həlak olub.

Ermənistanın Müdafiə Nazirliyi bu adları açıqlamaqla hərbçilərinin Dağlıq Qarabağda vuruşduqlarını etiraf etmiş olur.