Avqust ayının 1-də Biləsuvar şəhərində Vətən müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlunun anadan olmasının 26-ci il dönümü münasibətilə ailəsi ziyarət edilib. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra şəhər qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Xəlilzadə Əmrah İnqilab oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!