17 iyul 2026 17:09
104

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi prosesinə başlanılır.

“İki sahil” xəbər verir ki,  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi iyulun 21-i saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında həyata keçiriləcək. Bakı şəhəri üzrə məktəb seçiminə həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da start veriləcək.

Qeydiyyat prosesi “mektebeqebul.edu.az” portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.

Bildirilib ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilir.